Abituriyentlər gələn ildən imtahandan dərhal sonra cavab kartlarının elektron təsviri ilə tanış ola biləcəklər

Abituriyentlər gələn ildən imtahandan dərhal sonra cavab kartlarının elektron təsviri ilə tanış ola biləcəklər
# 14 sentyabr 2012 10:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn ildən başlayaraq ali məktəblərin bakalavriat səviyyəsinə imtahan verən abituriyentlər imtahandan dərhal sonra öz cavab kartlarının elektron təsviri ilə tanış ola biləcəklər. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu, imtahanda tətbiq olunan texnoloji yeniliklərdən biridir.

M. Abbaszadə deyib ki, bu yenilik artıq magistratura səviyyəsində tətbiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR