“İdman mövzusu Azərbaycan KİV-ində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin icrasına başlanıb

“İdman mövzusu Azərbaycan KİV-ində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin icrasına başlanıb
# 25 sentyabr 2012 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Zərdabi Mətbuat Mərkəzi “Sport favorit” qəzeti ilə birgə “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin icrasına başlayıb. Bu barədə APA-ya Zərdabi Mətbuat Mərkəzinin (ZMM) mətbuat xidmətindən məlumat verilib.

ZMM sədri Rəhim Hüseynzadə bildirib ki, idman mövzusuna bütün aparıcı, müntəzəm yayımlanan KİV-lər yer ayırır: «Lakin Zərdabi Mətbuat Mərkəzinin ölkənin 25 qəzet və 9 informasiya agentliyində apardığı monitorinqlər onlarda daha çox həllini gözləyən problemin olduğunu aşkarlayıb. Futbol və bəzi olimpiya oyunları istisna edilməklə, əksər idman növləri medianın demək olar ki, diqqətindən kənarda qalır. Qəzetlərdə gedən materialların böyük qismi xəbər portallarından götürülür. Mövzular əsasən xarici ölkələrin idman həyatı ilə bağlı olur. Təbliğedici, təşviqedici məqalələrə nadir hallarda rast gəlinir».

R. Hüseynzadə bildirib ki, layihə sadalanan problemlərin həllinə dəstək məqsədi daşıyır. Bunun üçün monitorinqlərin keçirilməsi, sahədən yazan jurnalistlərin treninqlərə cəlb olunması, müsabiqələr vasitəsilə idman mövzusunun fəal və peşəkarlıqla işıqlandıran KİV-lərin, jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR