Bu gündən bəzi Rusiya avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulub
01 oktyabr 2012 10:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, hökumətin qərarına uyğun olaraq, oktyabrın 1-dən artıq bəzi avtomobillər ölkəyə buraxılmır: «Söhbət «VAZ-2107» və «VAZ-2115» markalı avtomobillərdən gedir».
Komitə sədri bildirib ki, əslində bu qadağa yalnız bu gündən qüvvəyə minsə də, belə maşınlar Azərbaycana artıq bir neçə aydır ki gətirilmir: «Son 3-4 ay ərzində bu maşınların ölkəyə idxalı ümumiyyətlə olmayıb, baxmayaraq ki, qadağa bu gündən qüvvəyə minib. Bu gündən etibarən isə həmin maşınlar ümumiyyətlə ölkəyə buraxılmayacaq».
A.Əliyev «Euro-3» yanacaq standartına cavab verməyən və istehsal tarixi 2001-ci ilədək olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması barədə məlumatlara aydınlıq gətirərək belə qərarın olmadığını bildirib: «Hələlik bununla bağlı heç bir yenilik yoxdur, qərar qəbul olunsa onu icra edəcəyik, amma oktyabrın 1-i tarixinə belə qərar yoxdur».

İnfrastruktur
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024
Valeh Ələsgərov: İnvestisiya təkliflərində öncə layihələrin ekoloji dayanıqlığına diqqət edirik
15:31
17 may 2024
Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək
15:17
17 may 2024
Cavanşir körpüsü sökülür, bununla əlaqədar mayın 20-dən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
15:04
17 may 2024