Macarıstan II Beynəlxalq Bakı Humanitar Forumuna böyük nümayəndə heyəti ilə qatılacaq

Macarıstan II Beynəlxalq Bakı Humanitar Forumuna böyük nümayəndə heyəti ilə qatılacaq
# 02 oktyabr 2012 10:50 (UTC +04:00)
Bakı-APA. Macarıstan oktyabrın 4-5-də Azərbaycanda keçiriləcək II Beynəlxalq Bakı Humanitar Forumunda böyük nümayəndə heyəti ilə iştirak edəcək. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, 11 nəfərlik heyətin tərkibinə Macarıstan parlamentinin deputatı, parlamentin beynəlxalq əlaqələr komitəsinin sədr müavini Marton Döndöşü, beynəlxalq hüquq üzrə görkəmli mütəxəssis, Macarıstan EA-nın həqiqi üzvü Hamza Qabor, Macarıstan İctimai Televiziyasının baş direktoru Balaş Medveçki, “Dunay” Televiziyasının baş direktoru Menyer Toboş, Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru, professor Andraş İnotai, Macarıstan EA Etnologiya və Humanitar Tədqiqatlar İnstitutunun direktoru, professor Balaş Baloq, Macarıstan Rektorlar Şurasının baş katibi, professor Zoltan Dubeçki və b. tanınmış şəxslər daxildir.

Macar qonaqlar Beynəlxalq Forumun işində iştirakla bir sırada azərbaycanlı həmkarları ilə görüşlər keçirməyi, gələcək əməkdaşlıq yollarını müzakirə etməyi və birgə layihələr üzərində işləməyi planlaşdırırlar. Onların respublikamıza səfəri 5 gün davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR