İran Türkiyəyə qaz ixracını müvəqqəti dayandırıb

İran Türkiyəyə qaz ixracını müvəqqəti dayandırıb
# 19 oktyabr 2012 11:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyənin Van vilayətindən keçən boru xəttində baş verən partlayış nəticəsində İrandan Türkiyəyə qaz ixracı müvəqqəti dayandırılıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, boru xəttinin yaxınlığından əsgər maşını keçərkən partlayış törədilib, 28 türk əsgəri yaralanıb. Hadisə ilə bağlı İran qaz nəqlini yenidən dayandırmalı olub.

Qeyd edək ki, İran 2 həftə əvvəl də boru xəttində baş verən partlayışa görə Türkiyəyə qaz nəqlini dayandırmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR