İranın qaz boru xəttində güclü partlayış baş verib

İranın qaz boru xəttində güclü partlayış baş verib
# 24 oktyabr 2012 11:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Xuzistan vilayətindən keçən qaz boru xəttində dünən axşam saatlarında güclü partlayış baş verib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə yerinə dərhal İran Qızıl Aypara Cəmiyyətinin xilasediciləri və yanğınsöndürənlər cəlb olunub. Partlayış yaşayış məntəqələrindən uzaq məsafədə baş verdiyi üçün insan tələfatı olmayıb. Hadisənin vurduğu zərər və baş vermə səbəbi ilə bağlı hələlik mətbuata açıqlama verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR