Nazir: «Azərbaycan yaxın illərdə kənd təsərrüfatı istehsalını azı 2 dəfə artıra bilər»

Nazir: «Azərbaycan yaxın illərdə kənd təsərrüfatı istehsalını azı 2 dəfə artıra bilər»
# 01 noyabr 2012 10:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazir qeyd edib ki, bu il Azərbaycanda 2,763 mln. ton taxıl tədarük edilib. Bundan 1,844 mln. tonu ərzaq buğdası təşkil edib. Bu il məhsuldarlıq da ötən ilə nisbətən daha yüksək olub: «Belə ki, bu il taxılda məhsuldarlıq 1,6%, buğda istehsalında 1,7% artıb».

Onun sözlərinə görə, gələcəkdə yeni fermer təsərrüfatlarının yaradılması və aqrar sahədə daha müasir texnologiyaların tətbiqi sayəsində taxıl, buğda və yem bitkilərinin tədarükü daha da artacaq: «Əkin sahələrindən səmərəli istifadə olunsa, mütərəqqi suvarma üsullarından istifadə olunarsa, bütün aqrotexniki tədbirlər zamanında həyata keçirilərsə, gələcək illərdə ölkədə kənd təsərrüfatı istehsalını azı 2 dəfə artırmaq olar».

İ.Abasov həmçinin bildirib ki, ilkin proqnozlara görə 2013-cü ildə Azərbaycanda 2,7-2,8 mln. ton taxıl istehsal olunacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR