® “Mitsubishi” Azərbaycanda rəsmi distribüterini seçib

<font color=red>® </font>“Mitsubishi” Azərbaycanda rəsmi distribüterini seçib
# 07 noyabr 2012 08:00 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə məlumat “Mitsubishi Motors Corporation”un beynəlxalq saytında yayılıb.

Artıq “Mitsubishi” avtomobillərinin Azərbaycanda müstəsna idxalçısı və distribüteri “Diamond Motors” şirkətidir. Rəsmi düstribüterin seçilməsi ilə əlaqədar “Mitsubishi” sahiblərini bir sıra yeniliklər gözləyir.

Əvvəllər gətirilən komplektasiyalar Yaxın Şərq ölkələri üçün nəzərdə tutulduğundan və Azərbaycan iqlimi regionun digər ölkələrinin iqlimindən fərqli olduğundan, gətirilən avtomobillərin komplektasiyalarında uyğunsuzluqlar yaranırdı. “Diamond Motors” ölkəyə uyğun komplektasiyanı ehtiyat hissələri ilə birlikdə seçərək təqdim edəcək.

Bundan əlavə, bütün “Mitsubishi” avtomobillərinə şirkət 3 il və ya 100 000 km zəmanət verəcək.

Avtomobil sahiblərini razı salacaq əsas xəbər isə rəsmi servislə bağlıdır. “Mitsubishi” rəsmi servisində görülən işlər 2 illik zəmanətlə təqdim ediləcək. Ustaların daha yüksək servis göstərməsi üçün onlar mütəmadi olaraq “Mitsubishi Motors Corporation”un təşkil etdiyi treninqlərə göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR