Misir Mərdanov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Misir Mərdanov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
# 07 noyabr 2012 14:35 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin Macarıstanda təhsil alması üçün müvafiq siyahıya yalnız bir universitet daxil edilib. Lakin Dövlət Proqramı üzrə müvafiq siyahıya Macarıstanın daha çox seçilmiş universitetinin əlavə olunması mümkündür və bu istiqamətdə iş aparılması zəruridir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora ilə görüşündə deyib. Nazir Azərbaycanla Macarıstanın münasibətlərinin hazırkı səviyyəsinin iki ölkə arasında təhsil sahəsində daha səmərəli əməkdaşlığın qurulmasına əlverişli imkan yaradacağını nəzərə çatdırıb.

Səfir Jolt Çutora da bildirib ki, Macarıstanın ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasında və ümumilikdə təhsil sahəsi üzrə əlaqələrin genişləndirilməsinə təmsil etdiyi ölkə ciddi maraq göstərir. Xüsusilə tələbə mübadiləsinin artırılması üçün geniş potensialın mövcudluğunu vurğulayan qonaq Macarıstanın ali məktəblərində ingilis və rus dillərində tədris aparıldığını nəzərə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təhsil sahəsindəki əməkdaşlığın ölkələr arasındakı hərtərəfli və yüksək səviyyəli əlaqələrin inkişafına layiqli töhfə verəcəyinə əminlik ifadə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR