«Parabank» yeni növ plastik kartı buraxıb
24 aprel 2012 12:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC yeni məhsulu olan «Xeyriyyə» plastik kartını təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu kart sərbəst vəsaitlərini yerləşdirmək və eyni zamanda xeyriyyəçilikdə iştirak etmək istəyənlər üçün nəzərdə tutulub.
«Xeyriyyə» kartı ilə keçirilən əməliyyatlardan gələn gəlirin 50%-i xeyriyyə fonduna gedir. «Xeyriyyə» kartı «Visa Classic» kartı əsasında 3 il müddətinə, ilkin mədaxil 100 manat, dollar və ya avroda təqdim olunur. Kart pulsuz təklif olunur. «Xeyriyyə» kartında vəsaiti «Parabank»ın filiallarında nağd yerləşdirmək və «Card-to-Card» əməliyyatı ilə digər kartdan köçürmək olar.
Əlavə məlumat əldə etmək üçün 139 Banka Zəng xidmətindən faydalanmaq olar. Həmçinin 139 Məlumat Mərkəzinə zəng edərək «Xeyriyyə» plastik kartının alınması üçün sifariş vermək olar.

Maliyyə
AccessBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
17:35
30 may 2024
Hesablama Palatası Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkar edib
16:29
30 may 2024
Naxçıvan Təhsil Nazirliyində hüquqpozmalarla bağlı Baş Prokurorluğa müraciət edilib
16:22
30 may 2024
Yelo Bank yeni Visa Infinite kartını təqdim edib - FOTO
16:15
30 may 2024