İran, Tacikistan və Türkmənistan prezidentləri arasında təkbətək görüş keçirilib

İran, Tacikistan və Türkmənistan prezidentləri arasında təkbətək görüş keçirilib
# 06 iyun 2012 21:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Hazırda Çində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad Tacikistan prezidenti İmaməli Rəhmanla görüşüb. APA-nın İRNA-ya istinadən məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, bölgədəki vəziyyət və beynəlxalq məsələlər müzakirə olunub.
Bundan əlavə, M. Əhmədinejadla Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında da görüş olub. Görüşdə Əhmədinejad iki ölkə arasındakı dərin tarixi, mədəni bağlara işarə edərək, İran, Türkmənistan və Qazaxıstan arasında dəmir yolu xəttinin çəkilməsini tarixi və regionda mühüm bir layihə kimi qiymətləndirib.
Qeyd edək ki, M. Əhmədinejadın Çin və Rusiya prezidentləri ilə də görüşü gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR