“Vilyareal” klubunun baş məşqçisi Manuel Presiado dünyasını dəyişib

“Vilyareal” klubunun baş məşqçisi Manuel Presiado dünyasını dəyişib
# 07 iyun 2012 10:57 (UTC +04:00)
Bakı – APA. İspaniyanın “Vilyareal” klubunun baş məşqçisi Manuel Presiado dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssis ötən gecə ürək çatışmazlığından vəfat edib. Həkimlər nə qədər çalışsalar da, onun həyatını xilas edə bilməyiblər.

Maraqlıdır ki, Presiado dünən komandanın yeni baş məşqçisi təyin olunmuşdu. Bu, ona düşərli olmayıb və təyinatından bir neçə saat sonra həyatla vidalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR