Azərbaycanda pul bazası 28% artıb

Azərbaycanda pul bazası 28% artıb
# 04 sentyabr 2012 13:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-cu ilin sentyabrın 1-nə 9 076,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin sentyabrın 1-nə nisbətən bu göstərici 1 957,0 mln. manat və ya 27,5%, o cümlədən avqust ayında pul bazası 136,1 mln. manat və ya 1,5% artıb.

Ümumilikdə bu ilin əvvəlindən pul bazasının artımı 800,9 mln. manat və ya 9,7% təşkil edib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya bankların vəsaitləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR