Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssislərinə daxil olanların 9 faizi qeydiyyatdan keçməyib

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssislərinə daxil olanların 9 faizi qeydiyyatdan keçməyib
# 17 sentyabr 2012 09:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssislərinə daxil olan şəxslərin yalnız 91 faizi qeydiyyatdan keçib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, orta ixtisas təhsili müəssisələrinə daxil olanların qeydiyyatı sentyabrın 5-dən 14-dək aparılıb. Qeydiyyat üçün müəyyən olunan müddətdə abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilmir. Abituriyentlərin bəziləri qeydiyyata düşməyə geçikməklə bağlı TQDK-ya müraciətlər ediblər. Hazırda bu müraciətlər araşdırılır.

Qeyd edək ki, 2012-2013-cü tədris ili ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə 10215 nəfər qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR