Ucarın rayonun Qazıqumlaq və Məlikballı kəndlərinə təbii qaz verilib

Ucarın rayonun Qazıqumlaq və Məlikballı kəndlərinə təbii qaz verilib
# 15 sentyabr 2012 12:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Ucar rayonunun Qazıqumlaq və Məlikballı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə «Azəriqaz» İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri iştirak edib.

Tədbirdə bildirib ki, Qazıqumlaq və Məlikballı kəndlərinin təbii qazla təchiz edilməsi üçün ümumi uzunluğu 180 km olan müxtəlif diametrli polietilen və polad borulardan istifadə edilib. Ucar Qazpaylayıcı Stansiyasından Qazıqumlaq kəndində yerləşən Asfalt zavodunun ərazisinə kimi 14000 metr uzunluğunda 315 mm-lik, həmin ərazidən Qazıqumlaq kəndi ilə Məlikballı kəndlərinin yol ayrıcına qədər isə 1122 metr uzunluğunda 219 mm-lik polietilen borular çəkilib.

Qazıqumlaq kəndi dairəvi olaraq 7785 metr uzunluğunda 160 mm-lik polietilen boru ilə əhatə edilib. Yardımçı küçələrə ümumilikdə 37000 metr uzunluğunda 110 mm-lik polietilen boru çəkilib, kanalüstü keçidlərdə 1600 metr uzunluğunda 89 mm-lik polad borulardan istifadə olunub. Dalanlara 1281 metr uzunluğunda 76 mm-lik polad, 53000 metr uzunluğunda 63 mm-lik polietilen, 1250 metr uzunluğunda 57 mm-lik polad borular çəkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR