Azərbaycanda kənd təsərrüfatı istehsalı 3% artıb
16 mart 2012 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanıb. Lakin havaların əlverişsiz keçməsi yazlıq ək səpininə mənfi təsir göstərib və martın 1-i vəziyyətinə 35,6 min hektar və ya keçən ildəkindən 4% az sahədə yazlıq bitkilər əkilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitədən verilən məlumata görə, keçən ilin payızında səpilənlər də daxil olmaqla mövsümün əvvəlindən 17,6 min hektar sahədə çoxillik otlar, 10,7 min hektar sahədə kartof, 5,3 min hektar sahədə tərəvəz bitkiləri əkilib. Ümumi əkinin 30,1%-ni kartof, 15%-ni tərəvəz bitkiləri, 49,6%-ni çoxillik otlar təşkil edir.
«Heyvandarlıq təsərrüfatlarında mal-qaranın qışlaması davam edir. Yanvar-fevral aylarında diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövründəkinə nisbətən 2,3%, süd istehsalı 2,8%, yumurta istehsalı isə 6,6% artıb. Nəticədə, ölkədə 67 665 ton diri çəkidə ət, 244 118 ton süd və 181 064 min ədəd yumurta istehsal olunub», - deyə Komitədən bildirilib.
Yanvar-fevral aylarında ölkədə ət, süd, yumurta və tərəvəz istehsalının keçən ilin müvafiq dövrünə nisbətən artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri 2,8%, o cümlədən bitkiçilik üzrə 4,3%, heyvandarlıq üzrə isə 2,8% artıb.

Aqrar-sənaye kompleksi
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024
Tərlan Lətifov: Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır - FOTO
16:03
14 may 2024
Azərbaycanın pambıq lifi ixracı 81 faiz artıb
14:20
9 may 2024