Bağdadda Ərəb Liqası Dövlətlərinin sammitinin açılışı ərəfəsində güclü partlayış baş verib

Bağdadda Ərəb Liqası Dövlətlərinin sammitinin açılışı ərəfəsində güclü partlayış baş verib
# 29 mart 2012 14:12 (UTC +04:00)
Bakı-APA. Bağdadda Ərəb Liqası Dövlətlərinin sammitinin açılışı ərəfəsində güclü partlayış baş verib. APA-nın məlumatına görə, terror aktı dövlət qurumları və diplomatik missiyaların yerləşdiyi “Yaşıl zona”nın yaxınlığında qeydə alınıb. Partlayış zamanı ölən və yaralananlar barədə məlumat verilmir.

Terror aktına rəğmən Suriyada baş verən hadisələrə həsr olunmuş sammitin açılışı baş tutub. Forum iştirakçıları arasında doqquz dövlət başçısı, o cümlədən Küveyt əmiri də var. Əmir 1990-cı ildə Küveyt Səddam Hüseyn qoşunları tərəfindən işğal edildikdən sonra ilk dəfə Bağdada gəlib. Sammitə BMT-nin baş katibi Pan Gi Mun da qatılıb. Hazırda Bağdadda nəqliyyatın hərəkəti dayandırılıb, 100 minədək polis və hərbi döyüş hazırlığı vəziyyətinə gətirilib. Bağdad üzərində xarici nümayəndə heyətlərini gətirən təyyarələrdən başqa bütün növ təyyarələrin uçuşu qadağan olunub.

Qeyd edək ki, bir həftə əvvəl İraqda 12 partlayış törədilib, terror aktları nəticəsində 46 nəfər ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR