«Apple» məhsulları üçün Bakı şəhəri üzrə yeni əlavə hazırlanıb
02 aprel 2012 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Bakıda keçiriləcək «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi ərəfəsində «iPhone», «iPad» və «iPod Touch» qurğuları üçün «Taste of Baku» («Bakının dadı») adlı yeni əlavə hazırlanıb.
«APA-Economics»in məlumatına görə, əlavə Bakı şəhərinin restoranları, kafeləri, klubları, barları, çay və qəhvə evləri üzrə interaktiv bələdçi rolunu oynayır, eləcə də istənilən ərazi üzrə marşrut qurmağa və yaxınlıqda yerləşən lazımi yerləri tapmağa, müxtəlif obyektlər haqqında dolğun məlumat əldə etməyə, birbaşa zəng etməyə, mesaj göndərməyə, veb-səhifələrə daxil olmağa və sosial şəbəkələri izləməyə yardım edir.
Proqram həm aktiv internet bağlantısı, həm də internet olmadan işləyir. Əlavəni şəbəkənin əhatə zonasında bir dəfə işə salmaqla yenilənmiş məlumatlar dərhal yüklənir. «Taste of Baku» Azərbaycan, ingilis və rus dillərini dəstəkləyir.
Qeyd edək ki, əlavə pulsuzdur və onu «iTunes Store»dan yükləmək mümkündür.

İnfrastruktur
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
09:38
17 may 2024
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024
“Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul edib
17:11
16 may 2024