Abdulla Gül: “İsrailin İrana qarşı siyasəti yanlışdır“
26 aprel 2012 09:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Tehranın nüvə silahı istehsal etmək üçün plan və ya proqram hazırlayıb-hazırlamadığına dair heç bir dəlil yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Abdulla Gül ABŞ-ın “Foreign Policy” jurnalına müsahibəsində deyib. O, İsrail rəsmilərinin İrana qarşı müharibə məzmunlu ifadələrinə toxunaraq bu cür yanaşmanın yanlış olduğunu bildirib: “İsrailin İrana qarşı müharibə siyasəti yanlışdır. Mən şəxsən İranla Qərb arasında Tehranın nüvə proqramının diplomatik yolla həll edilə biləcəyinə inanıram. İranın öz nüvə imkanlarını artırmaq istəyini anlayıram. Bununla belə, Tehranın nüvə silahı istehsal edib-etməməsinə dair heç bir dəlil yoxdur”.
Asiya
İran və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefonla danışıb
15:27
28 may 2024
Məhəmməd Qalibaf yenidən İran parlamentinin sədri seçilib
10:08
28 may 2024
İslamabadda yanğının söndürülməsinə azı 275 nəfər cəlb olunub
06:07
28 may 2024
Netanyahu İsrailin Rəfaha zərbə endirməsini faciəvi səhv adlandırıb
03:36
28 may 2024