MTN-in Akademiyasında Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib - FOTO

MTN-in Akademiyasında Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib - <font color=red>FOTO</font>
# 05 may 2012 11:39 (UTC +04:00)
Bakı - APA. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

MTN-in İctimaiyyətlə əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, konfransı açıq elan edən Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə bildirib ki, Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilib: “Məhz bu amilləri nəzərə alsaq, müasir Azərbaycan tarixini Heydər Əliyevin həyat və çoxsahəli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən ayrı təsəvvür etmək imkansızdır”.

Akademiya rəisi bildirib ki, Heydər Əliyev Azərbaycanın 60-cı illərdə düşdüyü ağır vəziyyətdə zamanın meydana çıxardığı lider, bənzərsiz şəxsiyyət olub: “Respublikamızın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası məhz 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır. Heydər Əliyev tariximizdə təkcə milli müstəqillik ideyasını praktiki olaraq gərçəkləşdirmiş lider kimi deyil, eyni zamanda qurduğu dövləti qətiyyətlə hər cür təhlükələrdən qoruyan, möhkəmliyini təmin edən və hərtərəfli inkişafı üçün sosial iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanıb”.

Tədbirdə çıxış edən polkovnik Tariyel Əliyev və polkovnik Oqtay Zeynalov Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müs¬təqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, onun gənc¬lərə göstərdiyi diqqət və qayğıdan danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR