“Eurovision” müsabiqəsinin ilk qalibi Azərbaycana gəlir-FOTO

“Eurovision” müsabiqəsinin ilk qalibi Azərbaycana gəlir-<font color=red>FOTO</font>
# 12 may 2012 14:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidıqızı – APA. «Eurovision» mahnı müsabiqəsinin ilk qalibi Liz Assia Bakıdakı şouda iştirak etmək üçün Azərbaycana gəlir.

APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, müsabiqənin İsveçrədən olan ilk qalibinin ölkəmizə səfəri mayın 24-də başlayacaq.

Liz Assia Oslo və Düsseldorfda keçirilən Eurovision şoularında da qonaq qismində çıxış etmişdi.

Xatırladaq ki, Liz Assia 1956-cı ildə keçirilən Eurovision Mahnı Müsabiqəsinin qalibi olub.

Xanım Assia bu il də Eurovision yarışmasında təmsil olunmaq üçün Milli Seçimlərə qatılmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR