Azərbaycanın xarici işlər naziri gələn həftə ABŞ-a gedir
22 sentyabr 2012 07:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə sentyabrın 24-də Nyu-Yorka səfər edəcək.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 28-dək davam edəcək səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı nəzərdə tutulur. Nazir Elmar Məmmədyarovun BMT-nin Baş Assambelyasında çıxışı 28 sentyabr tarixinə planlaşdırılır.
Elmar Məmmədyarovun həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, xarici işlər nazirinin müavini Araz Əzimov dünən jurnalistlərə verdiyi açıqlamada XİN başçısının Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini bildirib: “Ermənistan xarici işlər naziri ilə görüş nəzərdə tutula bilər, amma bu məsələ hələ təsdiqini tapmayıb”.

Xarici siyasət
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024