Ucarda naməlum kişi meyiti tapılıb

Ucarda naməlum kişi meyiti tapılıb
# 25 sentyabr 2012 06:52 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Ucar rayonu ərazisində naməlum kişi meyiti tapılıb. APA-nın yerli bürosunun məlumatıma görə, hadisə bu gecə Bakı-Qazax yolunun Ucar rayonun un Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon Polis şöbəsinə yol kənarında naməlum kişi meyiti olması barədə məlumat daxil olub. Hadisə yerinə yollanan əməliyyatçılar orada təxminən 30-35 yaşlarında olan kişi meyiti aşkarlayaraq, ekspertiza edilmək üçün Məhkəmə Tibbi Ekspertizaya və Patoloji Ontamiya Birliyinin Ucar rayon şöbəsinə göndəriblər. Hələlik mərhumun şəxsiyyəti, hansı şəraitdə ölməsi və ya öldürülməsi barədə heç bir məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR