Səudiyyə Ərəbistanında toyuq ətinə boykot elan ediblər

Səudiyyə Ərəbistanında toyuq ətinə boykot elan ediblər
# 06 oktyabr 2012 04:34 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanında toyuq ətinin bahalaşması ilə əlaqədar Twitter və Facebook sosial şəbəkələrində istehlakçılar toyuq əti almamağa çağırılıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, “qoy xarab olsun” adlı kampaniya hökumətin ərzaq qiymətlərinin aşağı salması istiqamətlərində gördükləri tədbirlərdən sonra başlayıb. Səudiyyə regionda toyuq ətinin əsas ixracatçısıdır. Hökumət toyuq ətinin qiymətlərin qalxmasını dünya bazarında toyuq yeminin bahalaşması ilə izah edir. Ölkədən toyuq ətinin ixracına müvəqqəti qadağa qoyulub və bu bütün regionda bu ərzaqın bahalaşmasına gətirib çıxara bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR