İmişlidə xəstəxana tamam yanıb - FOTOSESSİYA

İmişlidə xəstəxana tamam yanıb - <font color=red>FOTOSESSİYA</font>
# 23 mart 2012 09:21 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumatda bildirilir ki, səhər saat 04:00 radələrində İmişli rayonunun Qaradonlu kəndində yerləşən xəstəxana elektrik naqillərində yaranmış qısa qapanma nəticəsində tamamilə yanıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 385 kvadratmetr olan xəstəxananın dam örtüyü tamamilə yanıb. Ümumilikdə 16 palatadan ibarət xəstəxananın 13 palatası içərisində olan taxta çarpayı və dolablarla birlikdə yanaraq sıradan çıxıb.

Hadisə yerinə İmişli rayonu Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə yanaşı, qonşu rayonlardan - Saatlı və Beyləqandan da kömək cəlb edilib. Yanğının qarşısı alınaraq digər ərazilərə keçməsi məhdudlaşdırılıb. Lakin binanın 300 kvadratmetri tamam yanıb.

Qeyd edək ki, xəstəxananın 35 işçisi var. Baş həkimin bildirdiyinə görə, xəstəxananın yanmasına baxmayaraq, tibbi personal xəstəxananın həyətində olan iki əlavə korpusda fəaliyyətini davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR