ARDNŞ İsveçrədə neft emalı zavodu almağa hazırlaşır

ARDNŞ İsveçrədə neft emalı zavodu almağa hazırlaşır
# 04 aprel 2012 08:42 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ-ın İsveçrədə böyük yanacaqdoldurma məntəqələri şəbəkəsi var və şirkət bu şəbəkəni daha da böyütmək fikrindədir. “PetroPlus” neft emalı zavodunun alınması isə bu ideyanın həyata keçirilməsinə dəstək ola bilər.

R.Abdullayev qeyd edib ki, zavodun sahibləri sahibləri müflis olublar və ARDNŞ şirkətin hətta pulsuz da ala bilər: “İndi bu müəssisənin vəziyyəti ilə maraqlanırıq və zavodun alınaraq gəlirli fəaliyyət başlaması üçün layihələrə baxılır. Əgər gəlirliliyi bizi qane edən həddə olsa, biz o müəssisəni alacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR