Hindistandan Azərbaycana idxal edilən dərmanların qeydiyyat məsələsinə yenidən baxılacaq

Hindistandan Azərbaycana idxal edilən dərmanların qeydiyyat məsələsinə yenidən baxılacaq
# 10 aprel 2012 12:48 (UTC +04:00)
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib.

Onun sözlərinə görə, Hindistan preparatları hazırda Azərbaycanın dərman bazarının 6 faizini təşkil edir: “2007-ci ildə bu dərmanlar ölkənin əczaçılıq bazarının 40 faizini təşkil edirdi. Görülən tədbirlər nəticəsində bu göstərici 6 faizə enib”.

P. Əzizbəyov deyib ki, Azərbaycana idxal edilən Hindistan dərmanlarının qeydiyyat sənədlərinin müddəti bitdikdən onların qeydiyyatı məsələsinə yenidən baxılacaq.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin son iclasında mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirilib ki, Azərbaycana idxal olunan keyfiyyətsiz Hindistan dərmanlarının satışdan çıxarılması ilə bağlı uğurlu işlər görülüb. Amma o, bu sahədə hələ də bəzi neqativ hallara təsadüf edildiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR