Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,8% enib

Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,8% enib
# 11 aprel 2012 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 12 716 bəndədək, S&P 500 1,7% - 1 359 bəndədək, Nasdaq 1,8% - 2 991 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə Avropada borclar böhranın yenidən kəskinləşməsi barədə investorlar arasında ehtimalların möhkəmlənməsi səbəb olub.

Avropa fond bazarlarında aprelin 10-da FTSE 100 indeksi 2,0% - 5 609 bəndədək, Almaniya DAX-ı 2,5% - 6 606 bəndədək, Fransa CAC-40-ı 3,1% - 3 218 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 655,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3091 (-0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR