Azərbaycan nefti kəskin bahalaşıb

Azərbaycan nefti kəskin bahalaşıb
# 08 avqust 2012 11:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin artıb. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 7-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 2,50 dollar bahalaşaraq 114,61 dollara satılıb. Bu, son 11 həftə ərzində neftin ən yüksək qiymətidir.

Xatırladaq ki, «Azeri Light» markalı neft bu qiymətə sonuncu dəfə mayın 15-də satılıb. Azərbaycanın 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR