Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib
# 28 avqust 2012 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 125 bəndədək, S&P 500 0,1% - 1 410 bəndədək enib, Nasdaq isə 0,1% - 3 073 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ hesabatlar təsir edib.

Avropa fond bazarlarında avqustun 27-də Almaniya DAX-ı 1,1% - 7 048 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 463 bəndədək yüksəlib. London birjasında avqustun 27-də yay tətillərinin başa çatması ilə bağlı ümumdövlət istirahət günü olduğundan əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət gününün nəticəsinə görə, FTSE 100 indeksi 5 777 bənd təşkil edib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 663,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2485 (-0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR