Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir
# 18 iyul 2012 16:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Məclisinin üzvləri Fazil Mustafa və Zahid Oruc Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdədir.

Fazil Mustafanın APA-ya verdiyi məlumata görə, ŞKTC hökumətinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində onlar Şimali Kiprin prezidenti Dərviş Əroğlu, baş nazir İrsan Küçük, Məclis başqanı və xarici işlər naziri tərəfindən qəbul ediliblər.

Azərbaycanlı millət vəkilləri sabah Lefkoşada ŞKTC-nin qurulmasının 38-ci ildönümü tədbirlərində iştirak edəcəklər. Səfər iyulun 20-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR