İranın Atom Enerjisi Təşkilatının rəhbəri: “İran nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcək”

İranın Atom Enerjisi Təşkilatının rəhbəri: “İran nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcək”
# 06 iyul 2012 09:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran yeni sanksiyalara baxmayaraq, yenə də sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcək”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi deyib.

Onun sözlərinə görə, başda nüvə texnologiyası olmaqla, bir çox elm və sənaye texnologiyası 30 illik sanksiyaya baxmayaraq inkişaf edib: “İran xalqı indiyədək bir çox sanksiyaya məruz qalıb, ancaq bir çox müvəffəqiyyət əldə etməyə də nail olub. Tehran son illərdə sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqına sahib olmaq üçün bir çox alimini şəhid verib. Düşmənlərimiz ölkəmizə qarşı sanksiyaların işə yaramadığını gördükdən sonra mütəxəssislərimizi və elm insanlarımızı məhv etməyə başlayıb. Bu sanksiyalar və mütəxəssislərə qarşı həyata keçirilmiş sui-qəsdlər təsirli olsaydı, bütün fəaliyyətlərimizə mənfi təsir göstərərdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR