2012 Bakı Yay Enerji Məktəbinə start verilib - FOTO
09 iyul 2012 08:22 (UTC +04:00)
Bakı – APA. İyulun 7-də Azərbaycan Diplomatik Akademiyası (ADA) Bakı Yay Enerji Məktəbinin açılışına start verib. ADA-dan APA-ya verilən məlumata görə, Bakı Yay Enerji Məktəbi ADA-nın hər il həyata keçirdiyi sertifikat proqramıdır və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıq zəminində həyata keçirilir. İki həftə davam edəcək bu proqram dünyanın tanınmış akademiklərini və ekspertlərini bir araya gətirməklə qlobal enerji və ətraf mühit məsələlərini müzakirə edəcək.
Bu yay dünyanın 17 müxtəlif ölkəsindən 42 şəxs Bakı Yay Enerji Məktəbində iştirak etmək üçün Azərbaycana gəlib. İştirakçılar Azərbaycan, Belçika, Bolqarıstan, Almaniya, Hindistan, İraq, İsrail, İtaliya, Moldova, Norveç, Polşa, Rumıniya, Rusiya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatlarını təmsil edirlər.
Yay məktəbinin müəllim heyəti dünyanın məşhur universitet və təşkilatlarından gəlib. Məktəbin iştirakçıları Azərbaycanın neft və qaz sənayesinin keçmişi və bu günü ilə bağlı tarixi yerlərə ekskursiyalar da edəcəklər. Onların səfər edəcəkləri yerlər arasında Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri, Səngəçal neft terminalı, Qobustan qayaları, palçıq vulkanı və Azərbaycanın ilk neft baronu olan Hacı Zeynalabdin Tağıyevin, eləcə də məşhur Nobel qardaşlarının ev muzeyləri olacaq.
2012 Bakı Yay Enerji Məktəbinin sponsorları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ExxonMobil şirkətidir.

Xarici siyasət
İran Prezidentinin həlak olması ilə bağlı bu ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq
20:31
20 may 2024
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
19:51
20 may 2024
İtaliya Azərbaycana yeni səfir təyin edib
17:36
20 may 2024
XİN: Azərbaycan Tayvanın müstəqilliyini tanımır
14:50
20 may 2024