Azərbaycan İslam Partiyasının funksioneri partiyadan istefa verib
16 iyul 2012 13:45 (UTC +04:00)
Səxavət İsmayılov APA-ya göndərdiyi açıqlamada bildirib ki, İslam Partiyasının mövcud vəziyyəti ürəkaçan deyil və nikbin gələcəyi yoxdur: “Bu partiya İslam əqidəsinə əsaslandığını iddia etsə də, təşkilatın artıq “fatihəsi”ni oxuyublar. Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm. Həmişə fəal olmuşam və ictimai prosesləri yaxından izləmişəm. Ona görə də qərara gəldim ki, İslam Partiyası kimi bir qurumda tutduğum vəzifədən istefa verim. Düşünürəm ki, ən uyğun qərarı qəbul etmişəm. Bu addımım siyasi fəaliyyətimə daha da təkan verəcək”.
S. İsmaylov APA-ya açıqlamasında isə əlavə edib ki, bu addımı atması reallığı qiymətləndirməsi ilə bağlıdır: “Əlbəttə, bu gün hansısa partiyada təmsil olunmağı düşünmürəm. Lakin gələcəkdə, siyasi fəaliyyətimi dayandırmaq niyyətim də yoxdur”.
AİP sədrinin müavini Hacı Akif Heydərli isə deyib ki, S. İsmayılov əvvəllər partiyanın adıçəkilən rayon təşkilatının üzvü olub. 3-4 il öncə isə fəaliyyətini dayandırıb: “Onun bu açıqlamasının heç bir əsası yoxdur və qərəzli niyyət daşıyır. Bu açıqlamanı təxribat xarakterli də hesab edirik”.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024