Azərbaycanda Əfqanıstan vətəndaşına məxsus avtomobili qaçıran şəxslər tutulub
11 avqust 2012 10:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda Əfqanıstan vətəndaşına məxsus avtomobili qaçıran şəxslər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 7-də Bakının Nizami rayonu ərazisindən Əfqanıstan vətəndaşı Qulaməkbər Muhəmmədiyə məxsus qaçırılmış "Opel Vectra" markalı avtomaşın Astara şəhərində tapılıb. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Astara şəhər sakinləri Rəşad Axundov və Aygün Əliyeva tutulublar.
Hadisə
FHN 1 saylı Gəncə regional "ASAN xidmət"də mülki müdafiə məşqi keçirib
09:43
17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
08:24
17 may 2024
Hacıqabulda maşın bağçaya çırpılıb, ölən və yaralanan var
05:10
17 may 2024
Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:05
17 may 2024