Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibəti ilə fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibəti ilə fətva verib
# 22 oktyabr 2012 08:35 (UTC +04:00)
QMİ-dən APA-ya verilən məlumata görə, fətvada bildirilib ki, müqəddəs Qurban bayramı (Eydül-Əzha) bu il miladi tarixi ili 25-26 oktyabr 2012-ci ilə təsadüf edir. Bu münasibətlə QMİ və onun rəhbərliyi Azərbaycan xalqını və eləcə də bütün müsəlmanları təbrik edib: “Şəriət qanunlarına görə qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında cox bəyənilmiş əməllərdən hesab olunur, amma vacib deyil. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır”.

Daha sonra qeyd olunub ki, Azərbaycan dövləti rəsmi olaraq Azərbaycanda iki gün 25-26 oktyabr tarixlərini Qurban bayramı elan edib. 25 oktyabr bayram axşamı, 26 oktyabr isə bayram günüdür. Bayram namazı 26 oktyabrda Əjdərbəy və Təzəpir məscidlərində saat 9-da qılınacaq: “Tövsiyə edərdik ki, bu müqəddəs bayram günündə kəsilən qurbanlıqları baytarlıq qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR