Azərbaycanda Qiymətli metallara və qiymətli daşlara nəzarət Dövlət Xidmətinin veb-saytı istifadəyə verilib
24 oktyabr 2012 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Qiymətli metallara və qiymətli daşlara nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsi (www.eyar.maliyye.gov.az) istifadəyə verilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, saytda ictimaiyyət və KİV ilə əlaqələrə, o cümlədən əhalinin maarifləndirilməsinə xüsusi diqqət yetirilir.
İstehlakçıların dövlət standartlarının tələblərinə cavab verən zərgərlik məmulatlarına sahib olmaları və bu növ fəaliyyətlə məşğul olan sahibkarları ətraflı məlumatlandırmaq üçün saytda bölmələr açılıb. Həmçinin, sayta məmulatların qəbulu, lisenziya, ad damğalarının qeydiyyatı və digər məsələlərlə bağlı ərizə formaları, o cümlədən qiymətli metallarla bağlı məlumatlar da yerləşdirilib.
Bundan başqa, saytda «Elektron xidmətlər», «Dövlət rüsumları», «Məktub yazmaq», «Qəbul günləri» kimi bölmələr də fəaliyyət göstərir. Ənənəvi rubrikalarla yanaşı, rəsmi internet səhifəsində Dövlət Xidməti ilə bağlı xəbərlər və press-relizlər mütəmadi olaraq təqdim olunur.

Sahibkarlıq
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024
Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 % artıb
16:48
16 may 2024
“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur
15:51
16 may 2024