Azərbaycanda nağd ödənişlərin 1000 manatla məhdudlaşdırılması təklif olunur

Azərbaycanda nağd ödənişlərin 1000 manatla məhdudlaşdırılması təklif olunur
# 18 aprel 2012 08:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «PricewaterhouseCoopers» audit şirkətinin vergi və audit üzrə mütəxəssisi Arif Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, ilk növbədə nağd ödənişlərin azaldılması istiqamətində müəyyən məhdudiyyətlər təklif olunur. «Məsələn, təklif olunur ki, 1 000 manatdan artıq bütün alınmalar nağdsız keçirilsin, bir şəxsin aylıq nağd alınmalarının məbləği 5 min manatdan artıq olmasın və s.», - deyə audit şirkətinin rəsmisi bildirib.

Eyni zamanda bu qaydaları pozanlara qarşı müəyyən cərimələrin tətbiqi də təklif olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR