Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan səfirini qəbul edib

Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan səfirini qəbul edib
# 14 iyun 2012 13:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Farziyevi onun xahişi ilə qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə səfirə gələcək fəaliyyətində uğurlar diləyib, dost, qardaş ölkələr və xalqlar arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycana təyinat almasından məmnunluğunu bildirən səfir Ş. Farziyev dövlət başçısına etimadnaməsini təqdim etdikdən sonra ilk görüşünü məhz Şeyxülislam A. Paşazadə ilə keçirdiyini xüsusi vurğulayıb və bunun QMİ sədrinin nəinki Qafqazda, MDB miqyasında, bütövlükdə İslam dünyasında tanınan nüfuzlu din xadimi olması ilə bağlı olduğunu bildirib.
Özbəkistanı özünün ikinci vətəni saydığını bildirən Şeyxülislam A. Paşazadə bu ölkədə ali dini təhsil aldığı illəri xatırladıb. O, Özbəkistan dövlət başçısının Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyinə görə minnətdar olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR