Gürcüstanda girov götürülmüş şəxslərin azad olunması üçün əməliyyat keçirilir

Gürcüstanda girov götürülmüş şəxslərin azad olunması üçün əməliyyat keçirilir
# 29 avqust 2012 12:17 (UTC +04:00)
APA-nın məlumatına görə, “Rustavi-2” telekanalı Dağıstandan gələn təxribatçıların Gürcüstan ərazisində insanları girov götürdüyü haqda xəbər yayıb. Artıq girov götürülənlərin ilk iki qrupu azad olunub və sonuncu qrupun azad olunması üçün əməliyyat aparılır. Əməliyyat zamanı bir təxribatçı öldürülüb. Tiflisdəki xəstəxanaya helikopterlə bir neçə yaralı çatdırılıb.

Qeyd edək ki, avqustun 28-də Dağıstan sərhədi yaxınlığında - Kaxetiyanın Lapakuri kəndində bir neçə yerli sakin yoxa çıxıb. Əvvəlcə onların oğurlandıqları güman edilirdi. Lakin sonradan naməlum silahlılar tərəfindən girov götürüldükləri bəlli olub. Həmin axşam kəndə hərbçilər və daxili işlər naziri Baço Axalayanın rəhbərliyi ilə DİN əməkdaşları gəlib. Avqustun 29-da səhər silahlı qrupa qarşı əməliyyat başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR