Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşa anılacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşa anılacaq
# 04 may 2012 12:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar tədbir və sərgi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şuşanın işğalı günü, yəni mayın 8-də teatrda yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası nümayiş etdiriləcək.

Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə teatrın foyesində işğala həsr olunmuş sərgi nümayiş etdiriləcək. Qarabağ həqiqətləri, Dağlıq Qarabağın mühüm hərbi-strateji məntəqəsi olan Şuşanın ermənilər tərəfindən dağıdılan, xarabazara çevrilən məkanları foto-sərgidə [z əksini tapacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR