İran parlamenti Suriyaya dəstək bəyanatı yayıb

İran parlamenti Suriyaya dəstək bəyanatı yayıb
# 30 iyul 2012 21:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran parlamenti Suriyaya dəstək bəyanatı yayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, sənədi 290 millət vəkilindən 245-i imzalayıb. Bəyanatda bildirilir ki, ABŞ, İsrail və digər dövlətlərin bütün sui-qəsdləri və müdaxilələri Suriyada heç bir nəticə verməyəcək. Sənəddə Suriyada xalqın öz müqəddəratını təyinini təmin edəcək hər plan və islahatın dəstəkləndiyi qeyd olunur. Bəyanatda deyilir ki, Suriya dövləti və xalqı xarici qüvvələrin əlini qırmalıdır: “Onların əsl məqsədi bölgədəki inqilablar nəticəsində mövcudluğu sual altına düşən İsrailə süni nəfəs verməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR