Şəki teatrında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri tamaşaya hazırlanır

Şəki teatrında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri tamaşaya hazırlanır
# 15 fevral 2012 07:57 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri tamaşaya hazırlanır. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti Aparatından bildirilib. Məlumata görə, əsər dahi mütəfəkkirin anadan olmasının 200 illiyi ilə əlaqədar səhnəyə qoyulur. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, rəssamı Qüdrət Məmmədov, geyim üzrə rəssam isə Elman Rəşidovdur.
Tamaşada Hacı Qara rolunu Əbülfət Salahov ifa edir. Əsərdə, həmçinin teatrın aktyorları Briliant Babayeva, Nərmin Kazımova, Rəhim Qocayev və başqaları oynayırlar. Tamaşanın martın əvvəllərində təhvil verilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR