Azərbaycan prezidenti Ukraynanın baş nazirini qəbul edib

Azərbaycan prezidenti Ukraynanın baş nazirini qəbul edib
# 04 aprel 2012 11:32 (UTC +04:00)
APA-nın məlumatına görə, Ukrayna baş nazirinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkələr arasında əməkdaşlığın yaxşı əlaməti kimi dəyərləndirən dövlət başçısı səfərin uğurlu olacağına və münasibətlərin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan prezident iqtisadi sahədə əməkdaşlığı da siyasi əlaqələr səviyyəsinə yüksəltməyin önəmini qeyd edib.

Azərbaycanın Ukrayna ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən dövlət başçısı ikitərəfli, çoxtərəfli və regional formatda qarşılıqlı fəaliyyəti davam etdirməyin və ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, N. Azarov Ukrayna prezidenti Viktor Yanukoviçin prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hörmət bəslədiyini deyib.

Görüşdə enerji, infrastruktur, ticarət və iqtisadi əməkdaşlıq sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR