Rusiya Federasiyasının ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin nəticələri açıqlanıb

Rusiya Federasiyasının ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin nəticələri açıqlanıb
# 18 may 2012 17:28 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il mayın 18-də Rusiya Federasiyası ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün qəbul imtahanı keçirib. Bu barədə APA TQDK-nın rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 110 abituriyentdən 5 nəfəri imtahana gəlməyib.

Nəticələr bu gün saat 20:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, II və IV ixtisas qruplarında 350 və daha yüksək, III ixtisas qrupunda isə 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar.

Müsahibə 2012-ci il mayın 19-da saat 10:00-da TQDK-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR