Azərbaycan kimya məhsullarının istehsalını azaldıb

Azərbaycan kimya məhsullarının istehsalını azaldıb
# 23 may 2012 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 91,7 mln. manatlıq və ya ötən ilin analoji dövrünə nisbətən 4,8% çox məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə ölkədə məhsul istehsalı rezin və plastmas məmulatların istehsalında 3,1 dəfə artıb, kimya sənayesində 5%, əczaçılıq məhsullarının istehsalında isə 5,8% azalıb.

«Əsas kimya məhsullarından polietilenin istehsalı 10,3%, propilenin istehsalı 32,8%, izopropil spirti istehsalı 5,6% artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 4,1 dəfə, məsaməli poliurietan lövhələrin istehsalı 4,4 dəfə artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR