Berti Foqts: “Bu, milli komandanın ən yaxşı oyunlarından biri idi”

Berti Foqts: “Bu, milli komandanın ən yaxşı oyunlarından biri idi”
# 31 may 2012 08:16 (UTC +04:00)
Bakı-APA. “90 dəqiqəlik oyundan, matça köklənmədən razı qaldım. Komandamızın oyunu sürətli, kombinasiyalı idi. Təəssüf ki, qol çatışmırdı”. Apasport.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Andorra yığması ilə oyundan sonra deyib.

Almaniyalı çalışdırıcı bildirib ki, 0:0 hesabı ilə başa çatan matçda komanda taktiki cəhətdən düzgün oynadı: “Cinahlardan oyun qururduq, ancaq son nöqtəni qoya bilmədik. Bəxtimiz gətirmədi. Oyundan sonra hesab 5:0 olsaydı, rəqib bundan şikayət edə bilməzdi. Daha böyük hesabla da qalib gələ bilərdik. Ancaq futbolun qaydası odur ki, topu qapıdan keçirmək lazımdır. Hücumçular gözəl qol vurmaq istəyirdilər. Ancaq futbolda əsas qol vurmaqdır. Fərqi yoxdur, bu, necə oldu. Komandanın çalışqanlığından razı qalmışam. Narazı qalmağım qol vura bilməməyimiz, qalib gələ bilməməyimiz oldu. İlk hissədə Rauf Əliyevə qarşı qayda pozuntusu vardı. Ancaq mən bunu əsas gətirmirəm”.

Foqts millimizdə çatışmazlıqlardan da danışıb: “Futbolçularda konsentrasiya çatışmır. Bu, son ötürmələrdə özünü göstərdi. Bu, milli komandanın ən yaxşı oyunlarından biri idi. Bu, yoldaşlıq görüşü idi. Almaniya Avropa çempionatına az qalmış İsveçrə yığmasına uduzub, onlar nə etsinlər? Azərbaycan heç vaxt bu qədər qol imkanları yaratmayıb. O tənqidlərlə razıyam ki, qol vura bilmədik. Seçmə mərhələdə ilk rəqibimiz olacaq İsrail yığması 10 nəfərli müdafiə olunmayacaq. Onda bizə rahat olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR