Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən abituriyentlərin ixtisas seçimi sabah başa çatacaq

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən abituriyentlərin ixtisas seçimi sabah başa çatacaq
# 15 avqust 2012 08:52 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 10:00-dək həmin abituriyentlərdən 34081 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. Onlardan 29667-si Azərbaycan, 4414-ü rus bölməsi üzrədir. İ qrup üzrə 10416, II qrup üzrə 10774, III qrup üzrə 9289, IV qrup üzrə 3602 nəfər öz ixtisas seçimini edib.

Sabah göstərilən vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR