Azərbaycan teatrının 140-cı mövsümünün açılışı Horadizdə keçiriləcək

Azərbaycan teatrının 140-cı mövsümünün açılışı Horadizdə keçiriləcək
# 23 avqust 2012 14:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan teatrının 140-cı teatr mövsümünün açılışı Fizuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrının qarşısında baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimi hər il olduğu kimi bu il də sentyabrın 15-də olacaq.

Azərbaycan teatrının 140-cı teatr mövsümünün təntənəli açılış mərasimi hər il olduğu kimi bu il də sentyabrın 15-də keçiriləcək. Azərbaycan teatrlarının bir qrup üzvü də həmin açılışda iştirak edəcək. Həmin gün üçün maraqlı və çoxşaxəli proqram hazırlanır.

Qeyd edək ki, ötən il teatrın 139-cu mövsümü Mingəçevir Dram Teatrının qarşısında keçirilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR