Qazaxda sahibkarlar üçün «Logistika» mövzusunda treninq keçirilib

Qazaxda sahibkarlar üçün «Logistika» mövzusunda treninq keçirilib
# 27 avqust 2012 16:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün «Logistika» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə logistikanın mahiyyəti və məqsədi, logistik idarəetmə, bazarda ən çox ehtiyac duyulan xammal və məhsullara olan tələbatın ödənilməsi yolları, nəqliyyatın, anbar təsərrüfatının, mal ehtiyatının, kommersiya fəaliyyətinin, kadrların, informasiya sisteminin səmərəli idarə edilməsində logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, logistikanın növləri, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR